İsrailin Baş naziri Binyamin Netanyahu Misirlə 35 milyard dollarlıq təbii qaz razılaşmasına nail olduqlarını açıqladı.
Turkustan.az xəbər verir ki, Misirdən verilən açıqlamada deyilir: "Bu, tamamilə kommersiya razılaşmasıdır. Bu razılaşmanın heç bir siyasi ölçüsü və ya mənası yoxdur".
Misir İsrail ilə təbii qaz müqaviləsinin "heç bir siyasi ölçüsü olmayan tamamilə kommersiya müqaviləsi" olduğunu bildirib.
Misir Prezident İnformasiya Xidmətinin rəhbəri Diya Reşvan Misir və İsrail arasında təbii qaz müqaviləsi ilə bağlı yazılı açıqlama verib.
Ölkəsinin Fələstin məsələsindəki sarsılmaz mövqeyini vurğulayan Rəşvan, iki dövlətli həll yoluna əsaslanan Fələstin xalqının qanuni hüquqlarını dəstəklədiklərini və məcburi köçkünlüyü qəti şəkildə rədd etdiklərini bir daha vurğuladı.
Qahirə ilə Təl-Əviv arasında əldə edilən təbii qaz razılaşması ilə bağlı xəbər agentliklərinin və sosial media platformalarının məlumat verdiyinə toxunan Reşvan aşağıdakıları qeyd etdi:
"Sözügedən müqavilə tamamilə iqtisadi və investisiya mülahizələri əsasında bağlanmış sırf kommersiya müqaviləsidir. Bu müqavilənin heç bir siyasi ölçüsü və ya əhəmiyyəti yoxdur."
Aytən Yaşar/ Turkustan.az