SON DƏQİQƏ: Ukrayna Donbasla bağlı RAZILIĞA GƏLDİ


Ukrayna Donbasda bufer zonasının yaradılmasına razılıq verməyə hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyaka istinadən bildirib.

Onun sözlərinə görə, cəbhə xəttinin hər iki tərəfində silahsızlaşdırılmış zona yaradılmalıdır.

Həmçinin, bütün növ silahların, yoxsa yalnız ağır silahların geri çəkilməli olduğunu hüquqi və məntiqi baxımdan müəyyən etmək lazım gələcək.

Qeyd olunur ki, bu bənd Ukraynanın Avropa müttəfiqlərinin dəstəyi ilə hazırladığı 20 bəndlik ABŞ sülh planının yenilənmiş versiyasına daxil edilib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ