Ərdoğan haqqında bu deyilənlər cəfəngiyyatdır - Barrak


Türkiyənin neo-osmanlı ambisiyalarından danışmaq cəfəngiyyatdır.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Tom Barrak deyib.

“Türkiyədə İsrailin Venesiyadan Dubaya qədər uzanmaq istədiyini deyirlər. İsraildə isə Ərdoğanın Osmanlı imperiyasını bərpa etməyə çalışdığını bildirirlər. Bu, cəfəngiyyatdır”, - o bildirib.

Diplomat İsrailin Baş naziri Benyamin Netanyahu ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında real normallaşma ehtimalını görür:

“Bu da Qafqazdan Aralıq dənizinə gedən ticarət yollarını dəyişdirə və İran dəhlizlərindən asılılığı azalda bilər”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ