Daha bir ölkə İsrailə görə Avroviziyadan çıxdı


İslandiyanın ictimai yayım şirkəti RUV İsrailin iştirakına etiraz olaraq 2026 Avroviziya Mahnı Müsabiqəsini boykot edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, RUV Direktorlar Şurası qərarını Avropa Yayım Birliyinin (EBU) İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakına icazə verməsi qərarından sonra açıqlayıb.

RUV CEO-su Stefan Eiriksson 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməmə qərarının dünən idarə heyəti tərəfindən verildiyini ifadə edərək, "Mövcud vəziyyətdə müsabiqə ilə bağlı heç bir sülh və sevinc olmadığı üçün. İlk növbədə bu səbəbdən və vəziyyət olduğu kimi qaldığı müddətcə biz geri addım atırıq" dedi.

İdarə Heyətinin İsrailin iştirakına görə İslandiyanın müsabiqədə iştirak etməməsi ilə bağlı təklifinin səsverməyə çıxarılmasına ehtiyac qalmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ