“Mən 2025-ci il avqustun 8-dən sonra verdiyim müraciətdə demişəm ki, Qarabağa qayıdış məsələsi təhlükəlidir”.
Turkustan.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir Qarabağ ermənilərə onların qayıdışının real olmadığını söylədiyini bildirib:
“Əgər biz geri dönüş gündəmini davam etdirsək, bu o deməkdir ki, yenidən Qarabağ hərəkatına başlayırıq. Amma mən demişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Qarabağ hərəkatı başa çatıb və onu yenidən başlatmaq cəhdləri faydalı deyil”,-deyə qeyd edib./Globalinfo.az