“2021-ci il üçün hökumət proqramında rayonlaşdırma ilə bağlı xüsusi bölmə var. Bu il isə mənim bütün qonşu dövlətlərimizin rəhbərləri ilə görüşlərim, əlaqələrim olub. Həmçinin işgüzar və ya rəsmi səfərlər, təsadüfi söhbətlər də olub”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir yaxın zamanda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb: Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya, Qazaxıstan, Şarm əl-Şeyx, Əbu-Dabi, Danimarka, Gürcüstan.
O, balanslaşdırılmış xarici siyasətin reallıq olduğunu vurğulayıb:
“Bu il artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana gedib. Mən də əminəm ki, yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətləri İrəvana gələcək. O cümlədən, 2025-ci ildə Azərbaycandan keçməklə Ermənistan Respublikasına ilk qatar daxil oldu. Mətbuatda oxuyuram ki, neft məhsullarının idxalı məsələsi də müzakirə edilir, yəni bu, balanslaşdırılmış xarici siyasətdir, hər şeydən əvvəl uğurlarımız var”. /Globalinfo.az