Hər il 50 min insan bu səbəbdən həyatını itirir – İran Səhiyyə Nazirliyi


İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi havanın çirklənməsinin hər il 50 min insanın ölümünə səbəb olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Zəfərkəndi universitet rektorları ilə görüşündə havanın çirklənməsi ilə bağlı açıqlamalar verib.

Səhiyyə sektorundakı problemlərin böyük ölçüdə iqtisadi və sosial faktorlardan qaynaqlandığını vurğulayan Zəfərkəndi, "Problemlərdən biri də havanın çirklənməsidir. Hər il hava çirkliliyinə görə 50 min insanın ölümünə şahid oluruq. Eyni şəkildə xəstəxanaya müraciətlər ikiqat artıb" dedi.

Universitetlərin sağlamlıqla bağlı məsələlərə problem yönümlü yanaşması lazım olduğunu bildirən Zəfərkəndi, "Səhiyyə elmlərində irəliləmək istəyiriksə, mütəxəssislərin universitetlərə dəstək verməsi lazımdır. Səhiyyə sektorunda ciddi maliyyə qaynaqları var" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ