"Avropa Rusiya ilə 2030-cu ildə baş verə biləcək hərbi qarşıdurmaya hazırlaşır".
Turkustan.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Macarıstan nazirinin sözlərinə görə, Avropa İttifaqının (Aİ) strateji sənədlərində qeyd olunur ki, Aİ ölkələri 2029-cu ilə qədər döyüş hazırlığına nail olmalıdırlar: "Bu, 2030-cu ildə Avropa ilə Rusiya arasında müharibəyə imkan verəcək".
Macarıstanın xarici işlər naziri qeyd edib ki, qarşıdakı dövrdə bütün qitədə "yanğın" riski var. /bakivaxti.az/