Bizim Rusiyanı məhv etmək üçün strategiyamız olmalıdır.
Turkustan.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, "Aydar" batalyonunun sabiq tağım komandiri Yevgeni Dikiy bildirib.
“Rusiya və Ukrayna arasında hansısa güzəştli sülhün yaranacağını istisna etmirəm. Ancaq bu, durduq yerə baş vermir. Hər iki tərəf bir-birini məhv etməyə çalışarkən, bəzən ortada kompromis sülh variant yaranır. Hər iki tərəf daha heç nəyə nail ola bilməyəcəklərini və hər şeyin daha da pisləşəcəyini başa düşdükdə bu variant yarana bilər”, - Dikiy qeyd edib. axar.az/