Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqonun NATO-nun Rusiyanın “hibrid hücumları” adlandırılan hücumlarına qarşı daha aqressiv davranması ilə bağlı açıqlamalarına reaksiya verib.
Turkustan.az xəbər verir ki, Zaxarova bu sözləri “son dərəcə məsuliyyətsizlik” adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiyaya qarşı daha aqressiv davranması ilə bağlı bəyanatları “Ukrayna böhranının həlli səylərinə qəsdən zərbə vurmaq cəhdi” kimi qiymətləndirib.
"Biz bunu Ukrayna böhranının həlli üzrə səyləri sarsıtmaq üçün düşünülmüş cəhd hesab edirik. Bu cür bəyanatlar verənlər, o cümlədən alyans üzvləri riskləri və mümkün nəticələri dərk etməlidirlər", - Zaxarova bildirib.
Aytən Yaşar/ Turkustan.az