Suriya administrasiyasının “real və firavan ölkə qurmaq” istiqamətində atdığı addımları dəstəklədiklərini vurğulayan ABŞ prezidenti Donald Tramp İsraili “Suriya ilə güclü və həqiqi dialoqu davam etdirməyə” çağırıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Truth Social hesabındakı paylaşımında Suriyaya və ölkədəki yeni administrasiyaya dəstəyini təkrarlayıb.
Tramp Suriyanın tərəqqi və performansından məmnun olduqlarını qeyd edərək, “Suriya hökumətinin həqiqi və firavan bir ölkə qurmaq üçün mühüm addımlar atmağa davam etməsi üçün əlimizdən gələni edirik” dedi.
Sanksiyaları qaldıraraq Suriyanın inkişafı üçün mühüm addım atdığını qeyd edən Tramp bunun Suriya xalqı tərəfindən də təqdir olunduğuna inandığını bildirib.
Mesajında İsrailə xitabən Tramp, "İsrailin Suriya ilə güclü və həqiqi dialoqu davam etdirməsi və Suriyanın firavan bir dövlətə çevrilməsinə heç nəyin mane olmaması çox vacibdir" dedi.
Suriya prezidenti Əhməd Şaraanın “Suriya ilə İsrailin uzunmüddətli və firavan əlaqələr qurmasını təmin etmək” və “ölkəsində yaxşı işlər görmək” üçün çalışdığını vurğulayan Tramp Suriyadakı vəziyyəti “Yaxın Şərq sülhü üçün tarixi bir fürsət” kimi qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az