Nazirlər Kabinetinin iclasından dərhal sonra Ərdoğandan mühüm açıqlamalar


Nazirlər Kabineti prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb. Prezident Kompleksində keçirilən görüş 3 saat 15 dəqiqə davam edib.

Turkustan.az xəbər verir ki, xarici və daxili siyasətdəki inkişaflar, Terrorsuz Türkiyə prosesi və son iqtisadi inkişaflar müzakirə edilib. Prezident Ərdoğan görüşdən sonra açıqlama verib.

Ərdoğan Ukraynanın Qara dənizdə iki gəmiyə etdiyi son hücumlara münasibət bildirib. O, bildirib ki, "Qara dənizdə gəmilərə edilən hücumlar həyəcanvericidir. Biz lazımı xəbərdarlıqları edirik. Eksklüziv zonamızda edilən hücumları heç bir şəkildə bəhanə edə bilmərik."

Prezident son günlər Ukraynanın Qara dənizdə gəmiləri hədəf alması ilə bağlı danışaraq deyib: "Rusiya-Ukrayna müharibəsi Qara dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Cümə günü eksklüziv zonamızda gəmilərin hədəfə alınmasını heç bir şəkildə bəhanə edə bilmərik. Bu kimi vəziyyətlərlə bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Müharibənin sona çatması üçün son həftələrdə atılan addımları yaxından izləyirik."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ