Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kallas əmindir ki, Ukraynada antikorrupsiya araşdırmaları ukraynalıların Rusiya təcavüzünə qarşı mübarizəsinə və Ukraynanın Avropa İttifaqına gedən yoluna kölgə salmamalıdır.
Turkustan.az xəbər verir ki, Kallas bu barədə Brüsseldə Aİ Şurasının müdafiə nazirləri formatında iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Ukraynada antikorrupsiya araşdırmalarına da toxunmaq istəyirəm. Çünki müharibə dövründə etimad xüsusi əhəmiyyət kəsb edir. Ukraynanın azadlıq mübarizəsi və Avropaya gedən yolu bununla kölgədə qalmamalıdır. Eyni zamanda araşdırmaların aparılması faktı göstərir ki, Ukraynada korrupsiyaya qarşı mübarizə aparan orqanlar işləyir".
Kallas həmçinin əlavə edib ki, Ukraynada ictimai qəzəb “çox, çox güclü olub”.
Aytən Yaşar/ Turkustan.az