ABŞ məhkəmə qərarına rəğmən deportasiyaları təsdiqlədi


ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem məhkəmənin qərarına baxmayaraq venesuelalı mühacirlərin El Salvadora deportasiyasına göstəriş verdiyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, ondan məhkəmə qərarına tabe olub-olmadığı soruşulduqda, Noem qısa şəkildə “Xeyr” cavabını verib.

Nazir NBC News-un “Meet the Press” proqramında çıxışı zamanı deportasiya uçuşlarını davam etdirmək qərarında israrlı olduğunu bildirib.

“Növbəti deportasiya əmrlərinin nə vaxt və harada icra ediləcəyinə dair qərarlar Daxili Təhlükəsizlik Departamenti çərçivəsində mənim səlahiyyətimdədir. Biz təhlükəli cinayətkarların ölkəmizdən çıxarılmasını təmin etmək üçün doğru olanı etməyə davam edəcəyik”, – deyə Noem vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ