Makron və Zelenski Trampın Ukrayna sülh planını müzakirə etdilər


Ukrayna prezidenti Vladimir Zelenski Parisdəki Yelisey sarayına gəlib və onu Fransa prezidenti Emmanuel Makron qarşılayıb.

Turkusstan.az xəbər verir ki, bu barədə Makronun ofisi bildirib:

"İki lider vəziyyəti və ədalətli və davamlı sülh üçün şərtləri - Cenevrədəki danışıqların davamı, Amerika planı və avropalı tərəfdaşlarla sıx koordinasiyada müzakirə edəcək".

Fransa liderinin mətbuat xidmətinin məlumatına görə, təkbətək görüşdən sonra Böyük Britaniyanın baş naziri Key Ştramer, digər Avropa liderləri və Aİ rəhbərliyi ilə birgə video zəng planlaşdırılır. Xüsusilə, İstəklilər Koalisiyası daxilində təhlükəsizlik təminatları müzakirə olunacaq.

Mətbuat konfransından sonra Zelenskinin proqramına Fransanın Dassault Aviation aerokosmik şirkətinin istehsalat obyektlərinə ekskursiya da daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ