Mirzoyan təcili Brüsselə gedir: Nə baş verir?


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2–3 dekabr tarixlərində işgüzar səfərlə Brüsseldə olacaq.

Turkustan.az xəbər verir ki, 2 dekabrda Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

İclasa nazir Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti qatılacaq. Müzakirələrin yekununa əsasən, Ermənistanın xarici işlər naziri, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

3 dekabrda Ararat Mirzoyan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci sammitində çıxış edəcək.

Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də planlaşdırılıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ