İtaliyanın baş naziri Meloni hökumətinin 8 Mart Beynəlxalq Qadınlar Günü öncəsi ictimaiyyətlə paylaşdığı qadın qətlinə ömürlük həbs cəzası verən qanun layihəsi yekdilliklə qəbul edilib.
Turkustan.az xəbər verir ki, yanğın 1900-dən çox mənzildən ibarət kompleksdə təmir olunan binanın çöl hissəsində quraşdırılmış bambuk iskele vasitəsilə sürətlə yayılıb.
Polis rəsmiləri yanğının başladığı binada insanların sıxışdırıldığı barədə məlumat aldığını açıqlayıb.
Səlahiyyətlilər yanğında biri yanğınsöndürən də daxil olmaqla 4 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.
Nəqliyyat Nazirliyindən verilən açıqlamada yanğınla əlaqədar ətraf yolların nəqliyyatın hərəkətinə bağlandığı açıqlanıb.
Hadisə yerində qeydə alınan görüntülərdə yanğınsöndürənlərin alovlara bürünmüş, çöl hissəsi bambuk iskele ilə örtülmüş mənzillərə müdaxilə etdiyi görünür.
Yanğınların şiddətinə görə 5 səviyyəli qiymətləndirmə sisteminin istifadə edildiyi Honq-Konqda bu yanğının şiddəti 1-ci səviyyədən 4-cü səviyyəyə yüksəldilib.
Aytən Yaşar/ Turkustan.az