Tramp kasıbladı


ABŞ Prezidenti Donald Trampın sərvəti iki ayda 1,1 milyard dollar azalıb.

Bu haqda “Forbes” yazır.

Belə ki, sərvəti sentyabrda rekord göstərici olan 7,3 milyard dollardan noyabrın sonunda 6,2 milyard dollara düşüb.

Bildirilir ki, ABŞ prezidenti “Trump Media” texnologiya şirkətinin səhmlərinin dəyərinin düşməsi səbəbindən sözün əsl mənasında kasıblayıb – son üç ayda onların NASDAQ birjasında dəyəri 42 faiz ucuzlaşıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ