“Ukraynada münaqişənin həlli üçün ABŞ-ın sülh planına əlavə olaraq təhlükəsizlik təminatları da daxil ediləcək”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində deyib.
“Biz yəqin ki, təhlükəsizlik zəmanətlərini ehtiva edən sənədlər də əlavə etməliyik” – o bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı planına NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik təminatlarının daxil olduğu üzə çıxmışdı. Bəzi ekspertlər bunu Prezident Volodimir Zelenski üçün “böyük hədiyyə” adlandırmışdlar. /Globalinfo.az/