Polşa: ABŞ olmadan NATO yoxdur!


Polşanın baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünə dair açıqlamalarına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Kosiniak-Kamış ABŞ-da yerləşən X sosial media platformasındakı paylaşımında Trampın fikirlərinə reaksiya verib. O bildirib ki, bu məsələdə soyuqqanlılığı qorumaq vacibdir:
“ABŞ olmadan NATO yoxdur, eyni zamanda müttəfiqləri olmadan güclü ABŞ da yoxdur”.

Nazir əlavə edib ki, Polşa NATO-nun şərq cinahında təhlükəsizlik arxitekturasının formalaşdırılmasında əsas rol oynayır.

Böyük Britaniyanın The Telegraph qəzetinə verdiyi müsahibədə Tramp ABŞ-ın NATO-dan çıxma ehtimalını “nəzərdən keçirilə bilən məsələ” kimi qiymətləndirib və qeyd edib: “Mən həmişə onların kağız pələng olduğunu düşünmüşəm və Vladimir Putin də bunu bilir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ