Sançez: İspaniya Qəzzaya sülhməramlı qüvvə göndərə bilər


İspaniyanın Baş naziri Pedro Sançez bildirib ki, İspaniya əsgərləri də Qəzzaya mümkün sülh missiyasında iştirak etməlidirlər.

Turkustan.az xəbər verir ki, Sançez İspaniya Xarici İşlər Nazirliyi tərəfindən Madriddə təşkil edilən Səfirlər Konfransının açılışında çıxış edib.

İspaniya Baş naziri bildirib ki, atəşkəs əldə olunarsa, İspaniya hərbi qulluqçuları Ukraynadakı potensial sülhməramlı missiyaya daxil edilməlidir və razılaşdırıldığı təqdirdə onlar da Qəzzaya oxşar missiya ilə qoşun göndərə bilərlər.

Sançez Ukrayna üçün müzakirə edilən potensial sülh missiyasının Qəzzaya da şamil edilə biləcəyini bildirib və əlavə edib ki, Ukraynadakı sülh danışıqlarında irəliləyiş əldə olunarsa, Fələstinə sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifini irəli sürəcək.

Sançez vurğuladı ki, bu vəzifə iki dövlətin - İsrail və Fələstinin birgəyaşayışı ilə nəticələnməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ