Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Alyaska sammitində əldə olunan razılaşmalar əsasında Ukrayna böhranının həlli ilə bağlı ABŞ ilə təmasların davam etdiyini ifadə edib.
Turkustan.az xəbər verir ki, Uşakov “Rossiya-1” telekanalına Rusiya ilə ABŞ arasındakı münasibətlərlə bağlı açıqlamalar verib.
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında növbəti zirvə görüşünün mümkünlüyünə də münasibət bildirən Uşakov, "Görüş bir müddət təxirə salınıb, lakin bu mövzuda təmaslar davam edir. Vaşinqton və Moskva liderlər arasında hər hansı bir məkanda görüş barədə razılığa gəlsələr, texniki və siyasi məsələlər ikinci planda qalacaq" dedi.
Uşakov Putin və Tramp arasında avqust ayında Alyaskanın Ankoric şəhərində keçirilən zirvə görüşünü xatırladaraq, "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la təmaslar Ankoric sammitində əldə olunan razılaşmalar əsasında davam edir. Biz bu razılaşmaların sülh yolu ilə həllə nail olmaq üçün yaxşı bir yol olduğuna inanırıq" dedi.
Aytən Yaşar/ Turkustan.az