ABŞ prezidenti Tramp həftə sonu Vaşinqtondan Floridaya uçan təyyarədə gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, Tramp Venesuelaya hücum planına qərar verib-vermədiyi ilə bağlı suallara aydın cavab verməkdən yayınıb.
“Sizə nə olacağını deyə bilmərəm, amma bəzi fikirlər var” deyən Tramp narkotiklərin ABŞ-a daxil olmasının qarşısını almaq üçün atılan addımların onlar üçün dəyərli olduğunu deməklə kifayətlənib.
Tramp bu mövzuda Meksika və Kolumbiya kimi ölkələrlə də yaxın təmasda olduqlarını və bu səylərin ardınca ABŞ-a daxil olan narkotiklərin miqdarının əhəmiyyətli dərəcədə azaldığını bildirib.
ABŞ mediası iddia edir ki, yüksək rütbəli ABŞ hərbi rəsmiləri prezident Trampa Venesuela ərazisinə hücum da daxil olmaqla “yenilənmiş hərbi seçimlər” təqdim edib.
Aytən Yaşar/ Turkustan.az