Madurodan Amerikaya müraciət: Yeni Qəzza fəlakəti istəyirsiniz?


Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizi bölgəsindəki hərbi fəaliyyəti ilə bağlı Amerika xalqına müraciət edib.

Turkustan.az xəbər verir ki, paytaxt Karakasda beynəlxalq vəkillərin toplantısına qatılan Maduro Amerika xalqına müraciət edərək Qəzzada baş verənlərin onun ölkəsində də baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ-ı hədəf alan Maduro: "Amerika xalqına müraciət edirəm: bəşəriyyət onsuz da Qəzzada baş verən soyqırımdan kifayət qədər əziyyət çəkir. Qəzzada baş verənlərin soyqırım olduğunu qəbul etməyən xalq demək olar ki, qalmayıb. ABŞ tarixində ilk dəfə keçirilən sorğulara görə, xüsusilə gənclər Qəzzada baş verənləri hər gün soyqırım kimi görürlər. Fələstinli uşaqlar və qadınlar sionist İsrail dövlətinin döyüş təyyarələrinin bombaları nəticəsində həlak olublar. Cənubi Amerikada yeni Qəzza istəyirsinizmi?"-deyə, bildirib.

Maduro ABŞ-ın təkcə Venesuelanı hədəf almadığını müdafiə edərək, Vaşinqton administrasiyasının bütün Latın Amerikasına və dolayısı ilə bəşəriyyətə qarşı da hücumlar həyata keçirdiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ