ŞOK AÇIQLAMA: “Rus müstəmləkəsi olmaqdansa, ot yeməyi üstün tutarıq”


Polşa baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski qatıldığı proqramda açıqlama verib.

Turkustan.az xəbər verir ki, Sikorski Ukraynanın müharibəni uduzması halında Rusiyanın növbəti hədəfinin Polşa olacağını ifadə edərək, "Yenidən Rusiyanın müstəmləkəsi olmaqdansa, ot yeyərik" dedi.

Xarici işlər naziri Sikorski İngiltərədə yayımlanan "Gerisi siyasətdir" podcast proqramında cari gündəmlə bağlı açıqlamalar verib.

Rusiyanın Ukraynanı məğlub edəcəyi təqdirdə növbəti hədəfinin Polşa olacağını deyən Sikorski, "(Rusiya prezidenti Vladimir) Putin Ukraynanı fəth etməyi bacararsa, növbəti biz olacağıq"-deyə, bildirib.

Sikorski bildirib ki, Polşada "rus ekspansionizmi" təhlükəsi ilə bağlı ictimaiyyətin narahatlığı ölkənin müdafiə xərclərinin bu qədər yüksək olmasının və digər sahələrdə vəsaitlərin qurban verilməsinin səbəbidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ