İranlı professor: Saxtakarlıq edirik, məqsədimiz nüvə silahı yaratmaqdır


“İranın Qərblə apardığı danışıqlar saxtadır, əsas məqsəd vaxt udmaq və nüvə silahı yaratmaqdır”.

Turkustan.az xəbər verir ki, bunu iranlı professor Sadiq Zibakəlam bildirib.

Elm adamı İran rəsmilərinin “Amerikaya ölüm” şüarını belə şərh edib:

“Bütün ömrünüzü “Amerikaya ölüm” həsr etdiniz, İsraili “məhv etmək” üçün əlinizdən gələni etdiniz. Hətta danışıqlarınız da saxta idi, sadəcə vaxt udurdunuz. Əsl məqsədiniz nüvə silahı yaratmaqdır”.

Sadiq Zibakəlam deyib ki, İran antiamerikançılıqdan qidalanır, bu mövzu əlindən alınsa, xalqa deyəcək heç bir sözü qalmayacaq.

Professor hökumətin “müqavimət” (proksi qüvvələr – red.) mövzusunda keçirdiyi mərasimi və Tehranın “İnqilab” meydanında heykəlin açılışını “maskarad” adlandırıb və istehza ilə əlavə edib: “Sizin böyüklüyünüz o “maskarad”da idi ki, onu da təşkil etdiniz”./teleqraf


MANŞET XƏBƏRLƏRİ