Rutte: “Təhlükəli dövrlər cəsarətli hərəkətləri tələb edir”


NATO-nun baş katibi Mark Rutte bildirib ki, son vaxtlara qədər Rusiya bütün NATO müttəfiqlərinin toplamından daha çox döyüş sursatı istehsal edib, lakin son addımlarla bu tendensiya geri çəkilib.

Turkustan.az xəbər verir ki, Rutte Rumıniyanın paytaxtı Buxarestdə NATO-Sənaye Forumunun açılışında çıxış edib.

Bunun sənaye və NATO kontekstində təşkil edilən ən böyük tədbirlərdən biri olduğuna diqqət çəkən Rutte, NATO-nun iyun ayında Haaqada keçirilən sammitində Alyansın müdafiə xərcləri və istehsalının artırılması ilə bağlı qəbul edilən qərarların artıq icra olunduğunu bildirib.

Rutte yaxşı irəliləyiş əldə edildiyini vurğulayaraq, "Masada daha çox nağd pul var və daha çox axacaq" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ