İmamoğlunun atası və oğlu haqqında qərar verildi


İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya istintaqı davam edir.

Turkustan.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlu ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində yeni qərar qəbul edilib. Sabah “şübhəli” şəxs qismində ifadə verməsi gözlənilən Həsən İmamoğlu və Səlim İmamoğlu barəsində məhkəmə “ölkədən çıxış qadağası” şəklində nəzarət tədbiri seçib.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “şəxsi məlumatların ələ keçirilməsi” və “tender saxtakarlığı” kimi ittihamları əhatə edir. Bu çərçivədə Əkrəm İmamoğlu da daxil olmaqla, bir sıra şübhəlilər barəsində hüquqi proses davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ