Netanyahu: HƏMAS tərksilah olunacaq!


İsrailin baş naziri Benyamin Netanyahu bir daha HƏMAS-ın tərksilah olunmayacağı təqdirdə Qəzza zolağına hücum edəcəyi ilə hədələyib.

Turkustan.az xəbər verir ki, Netanyahu İsrail ordusunda xidmət edəcək bəzi zabitlərin buraxılış mərasimindəki çıxışında cari hadisələrlə bağlı qiymətləndirmələr edib.

HƏMAS-ın bu gün iki israilli məhbusun cəsədlərini təhvil verəcəyinə işarə edən Netanyahu, bütün məhbusların cəsədlərini geri gətirməkdə qərarlı olduqlarını bildirib.

Netanyahu da atəşkəs razılaşmasına işarə edərək, HƏMAS-ın tərksilah ediləcəyini, Qəzzanın isə silahsız qalacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ