İsrailin keçmiş baş naziri: Qəzza Fələstinin bir hissəsidir


İsrailin keçmiş baş naziri Ehud Olmert Qəzza zolağının Fələstinin bir hissəsi olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə dünən başlayan “8-ci Paris Sülh Forumu” davam edir.

Olmert forum çərçivəsində dünən keçirilən “Atəşkəsdən davamlı sülhə: iki dövlətli həllə doğru” adlı sessiyada iştirak edib.

Qəzzaya nəzarət edəcək yeni hökumətin Fələstinli olması lazım olduğunu deyən Olmert, "Qəzza Fələstinin bir parçasıdır. İsrailin bir hissəsi deyil" deyib.

Olmert Fələstin xalqı üçün "siyasi üfüq"ün lazım olduğunu vurğulayaraq, "Biz bunun üçün səy göstərməliyik və buna nail olmaq istəyirik" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ