Zaxarova: ABŞ-ın Rusiya əleyhinə qanun layihəsi ikitərəfli dialoqa zərbədir


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-da uşaqlarla bağlı Rusiya əleyhinə qanun layihəsinin hazırlanması ikitərəfli dialoqa zərbə vurmaq cəhdidir.

Turkustan.az xəbər verir ki, Zaxarova rus və ukraynalı uşaqların ailələrinə qovuşması prosesi ilə bağlı yazılı açıqlama verib.

Kiyev administrasiyası və Qərb dövlətlərinin uşaq məsələsi ilə bağlı Rusiyaya qarşı qarayaxma kampaniyasını davam etdirdiyini bildirən Zaxarova bu məqsədlə müxtəlif platformaların yaradıldığına diqqət çəkib.

Zaxarova qeyd edib ki, KİV-də ABŞ Konqresinin yuxarı palatasında Rusiyaya qarşı qanun layihələrinin hazırlandığını, o cümlədən “Ukraynalı uşaqların oğurlanmasına görə Rusiyanı terrorizmin himayədarı kimi tanıyacaq” qanun layihələrinin hazırlandığını bildirib.

"Biz bu qanun layihəsini Rusiya ilə ABŞ arasında dialoqa, o cümlədən uşaqların ailələrinə qovuşdurulması məsələsinə xələl gətirmək cəhdi hesab edirik. Rusiyaya qarşı hazırlanmış qanun layihələri və qəbul edilən qərarların reallıqla və uşaqların maraqlarına heç bir aidiyyəti yoxdur", - sözçüsü Zaxarova bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ