ABŞ prezidenti seçildikdən sonra doqquz ay ərzində müharibələrə son qoyduğunu iddia edən Donald Tramp Venesuela sahillərinə hərbi gəmilər və xüsusi təyinatlılar göndərərək narkotik kartellərinə qarşı “silahlı mübarizə” elan edib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” qəzetində yer alan xəbərə görə, Tramp Karib dənizinə onlarla döyüş gəmisi, təyyarə və minlərlə Amerika əsgəri göndərərək beynəlxalq terror təşkilatı elan etdiyi narkotik ticarəti qruplarına qarşı müharibəyə başlayıb.
Associated Press agentliyi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mənbələrindən, peyk şəkillərindən və regiondakı müxbirlərdən əldə etdiyi məlumata istinadən yay aylarından bəri artan ABŞ ordusunun Karib dənizində və Venesuela sahillərində mövcudluğunu müzakirə edib.
Aytən Yaşar/ Turkustan.az