Prezident Ərdoğan Küveyt əmiri əs-Sabah ilə görüşüb.
Turkustan.az xəbər verir ki, söhbət zamanı Türkiyə ilə Küveyt arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Qəzzada çətinliklə əldə edilən atəşkəsin qorunmasının kritik əhəmiyyətini qeyd edərək, davamlı sülh üçün iki dövlətli həllin vacib olduğunu və həmişə olduğu kimi İslam dünyasının bu məsələdə vahid mövqeyinin vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az