Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Rusiyadan Hindistana neft nəqlinin davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Rusiya xəbər agentliyi TASS-a verdiyi açıqlamada, Rusiya neftinin Hindistana daşınmasının davam edib-etmədiyi ilə bağlı sualı cavablandıran Rudenko, "Bütün nəqllər davam edir" dedi.
ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin onu Rusiya xam neftini almağı dayandıracağına inandırdığını iddia edib.
Hindistan Xarici İşlər Nazirliyi enerji təchizatı ilə bağlı ABŞ ilə danışıqları davam etdirdiklərini, lakin enerji siyasətlərinin Hindistan istehlakçılarının maraqlarına uyğun formalaşdığını bildirmişdi.
Ukrayna müharibəsindən sonra ABŞ Rusiyadan ən çox neft idxal edən ölkələrdən birinə çevrilən Hindistana 50 faizlik gömrük rüsumunu tətbiq etməyə başladı və bu ticarəti əsas gətirdi.
Aytən Yaşar/ Turkustan.az