Rəcəb Tayyib Ərdoğan Küveytə yollandı


Prezident Rəcəb Tayyib Ərdoğan bu səhər “TRK” təyyarəsi ilə Atatürk Hava Limanından Küveytə yola düşüb.

Turkustan.az xəbər verir ki, Ərdoğanı hava limanında İstanbul valisi Davud Gül, AK Partiya İstanbul İl sədri Abdullah Özdemir və digər rəsmi şəxslər yola salıblar.

Ərdoğanla birgə həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, Milli Müdafiə Naziri Yaşar Gülər, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır, Ticarət Naziri Ömər Bolat, AK Partiya sədr müavini və Səhiyyə Siyasətləri Başçısı Halit Yerebakan, AK Partiya Qrup sədr müavini Özlem Zengin, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya Direktoru Burhanəddin Duran, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da səfərə qatılıb.

Səfər çərçivəsində Prezident Ərdoğanın Küveyt Əmiri Şeyx Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirəcəyi, eləcə də bir sıra ikitərəfli sazişlərin imzalanma mərasimində iştirak edəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ