Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə elanını alqışlayır.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün institutlaşması baxımından böyük əhəmiyyət kəsb edir”, – o qeyd edib./Globalinfo.az