Türkiyə istədi, İsrail razılaşdı! Onların hamısı Qəzzadan çıxarılır


Türkiyənin HƏMAS-ın mərhum lideri İsmayıl Haniyənin ailəsinin 16 üzvünün də olduğu bir qrup şəxsin işğalçı İsrail dövlətindən Qəzza zolağından sağ-salamat çıxmasını tələb etdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, Middle East Eye-nin məlumatına görə, İsrail Türkiyənin tələbi ilə bu ayın əvvəlində ən azı 66 Fələstinli və Türkiyə vətəndaşının Qəzza zolağından çıxmasına icazə verib. Qrupa HƏMAS-ın ölən lideri İsmayıl Haniyənin 16 ailə üzvü daxil idi.

Türkiyə vətəndaşlarının həyat yoldaşları, oğulları, ataları və anaları da daxil olmaqla 4 Türkiyə vətəndaşı və onların 40 yaxın qohumu azad edilib.

Qərarın oktyabrın ilk həftəsində Qəzzada əldə edilən atəşkəs razılaşmasından sonra verildiyi və Türkiyənin HƏMAS-ı danışıqlar masasına oturtmağa kömək edərək vasitəçi rol oynadığı iddia edilir

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ