Tramp-Putin görüşü təxirə salınır? - CNN-dən açıqlama


ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə yaxın həftələrdə Budapeştdə görüşə biləcəyini açıqlaması görüşə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı məlumatlı mənbələr CNN-ə bildiriblər ki, görüş hələlik təxirə salına bilər.

Cümə axşamı Rusiya prezidenti Putinlə görüşündən sonra ABŞ prezidenti Tramp “gələn həftə onun yüksək səviyyəli müşavirləri ilə görüşmək barədə razılığa gəldiklərini” deyib.

"ABŞ ilə ilkin danışıqlara dövlət katibi Marko Rubio və müəyyən ediləcək digər rəsmilər rəhbərlik edəcək", - Tramp sosial media platforması Truth Social-da deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ