Zelenski Makronla Rusiyaya təzyiqi müzakirə etdi.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla Rusiyaya təzyiqlərin artırılması məsələsini müzakirə etdiyini və yaxın vaxtlarda onunla görüşməyi planlaşdırdıqlarını bildirib.
“Müharibəyə başlayan tərəfə təzyiq göstərmək həllin açarıdır,” – deyə Zelenski vurğulayıb. O, Makronla diplomatik məsələləri və tərəfdaşlarla son təmasları dəyərləndirdiklərini əlavə edib.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Ukraynaya mövcud cəbhə xəttində dayanmağı və bu vəziyyəti gələcək danışıqlar üçün əsas kimi qəbul etməyi tövsiyə edib. O, Donbas bölgəsinin Rusiya ilə müzakirəyə çıxarıldığına dair iddiaları da təkzib edib.
Aytən Yaşar/ Turkustan.az