İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir İsrail hökumətinin Qəzzaya yardımların daxil olmasını əngəlləmək qərarından döndüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, Ben-Qvir İsrail hökumətinin yardımı əngəlləmək qərarından bir neçə saat sonra geri çəkildiyini bildirərək, bu addımın İsrail üçün "utanc verici" olduğunu müdafiə etdi.
Ben-Qvir iddia edib ki, İsrailin etməli olduğu şey müharibəyə qayıtmaq və fələstinliləri Qəzzadan çıxarmağa məcbur etməkdir.
Bildirilib ki, İsrail hökuməti Qəzza zolağına humanitar yardımın daxil olmasını növbəti xəbərdarlığa qədər dayandırmağa qərar verib.
Aytən Yaşar/ Turkustan.az