Pakistan və Əfqanıstan atəşkəsi uzatdı


Pakistan və Əfqanıstan arasında yeni razılaşma əldə olunub.

Turkustan.az xəbər verir ki, Pakistan və Əfqanıstan arasında baş verən qarşıdurmalardan sonra oktyabrın 15-də elan edilən 48 saatlıq atəşkəs tərəflər arasında Qətərin paytaxtı Dohada bu gün başlaması gözlənilən danışıqların sonuna qədər uzadılıb.

Mənbə atəşkəsin Dohadakı danışıqların sonuna qədər uzadıldığını və danışıqların bu gün başlanmasının gözlənildiyini bildirib.

Mənbə atəşkəsin Əfqanıstanın tələbi ilə uzadıldığını iddia edib.

Bu yazı Qətərdəki adı açıqlanmayan mənbələrə əsaslanaraq, ABŞ-da yerləşən X şirkətinin sosial media platforması hesabında Tolo News tərəfindən edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ