Almaniya kansleri Fridrix Merz Yaxın Şərqdə həqiqi və davamlı sülhə ümidlərin yenidən artdığını deyib.
Turkustan.az xəbər verir ki, Merz Federal Məclisdəki çıxışında Şarm əl-Şeyx Zirvəsi Niyyət Bəyannaməsinə istinad edərək, "Bazar ertəsindən etibarən regionda həqiqi və davamlı sülhə ümidlər yenilənib" dedi. “Bu həftə biz beynəlxalq ictimaiyyətin birgə işlədiyi zaman nəyə nail ola biləcəyimizi gördük”.
Merz bu təşəbbüsdə əməyi olan liderlərə təşəkkür edərək, "Bu təşəbbüsdə iştirak edən və həyata keçirilməsini təmin edən dövlət və hökumət başçılarını da öz təşəkkürlərimə daxil etmək istərdim. Bunlar Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır" dedi.
Kansler Merz bəyan edib ki, saziş bu dəhşətli müharibəyə son qoymaq üçün dövlət və hökumət başçılarının qətiyyətli əməkdaşlığı sayəsində mümkün olub.
Aytən Yaşar/ Turkustan.az