ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatı almaq arzusunu bir daha dilə gətirib.
Turkustan.az xəbər verir ki, Ağ Evdə keçirilən şam yeməyində çıxış edən Tramp sülh səylərini tərifləyərək belə deyib:
"Səkkiz ayda səkkiz müharibəni dayandırdım. Nobel mükafatı aldımmı? Xeyr."
O, zarafatla bildirib ki, "Gələn ilin daha yaxşı olacağına şübhə edirəm, amma bilmirəm" və "yüz milyonlarla insanın həyatını xilas etmək" üçün çalışdığını vurğulayıb.
Qeyd edək ki, Nobel Sülh Mükafatı bu il oktyabrın 10-da təqdim edilib. Tramp isə bu mükafata layiq olduğunu dəfələrlə bəyan edib.
Aytən Yaşar/ Turkustan.az