Pentaqon rəhbəri: “Sülh güclü sözlərlə deyil, güclü silahlarla əldə olunur”


Pentaqon rəhbəri Pit Heqset NATO müdafiə nazirlərinin iclası başlamazdan əvvəl bildirib ki, güclü bəyanatlar sülhə nail olmaq üçün kifayət etmir sülh güclü və etibarlı hərbi vasitələrlə təmin olunmalıdır.

Turkustan.az xəbər verir ki, Heqset deyib:
“Sülh güclü olanda əldə edilir yalnız güclü sözlər və tənbeh etməklə yox. Sülh o zaman təmin olunur ki, rəqibləriniz tərəfindən hörmət edilən güclü və real silahlarınız olsun".

Nazir əlavə edib ki, NATO müttəfiqlərinin iyunda Haaqa sammitində üzərilərinə götürdükləri öhdəliklər “tezliklə silaha çevriləcək”, bu isə onun sözlərinə görə ən vacib məsələdir.

“Əgər biz prezident Trampın dövründən nəyisə öyrənmişiksə, bu, ‘güc vasitəsilə sülh’ prinsipinin fəal tətbiqidir”, — Heqset qeyd edib. O vurğulayıb ki, Ukraynanın münaqişəni sülh yolu ilə başa çatdırmasını təmin etmək üçün daha çox ölkənin ABŞ-dan daha çox silah alacağına ümid edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ