Ərdoğandan İtaliyanın baş naziri Meloniyə: Siqareti tərgitməlisən - VİDEO


Prezident Rəcəb Tayyib Ərdoğan Qəzza Sülh Sammitində iştirak etmək üçün səfər etdiyi Misirin Şarm əl-Şeyx şəhərində təmaslarını davam etdirir.

Turkustan.az xəbər verir ki, bu çərçivədə o, İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb. Görüş zamanı Meloni Ərdoğanın səhhəti ilə maraqlanaraq onun necə olduğunu soruşub. Ərdoğan isə özünü yaxşı hiss etdiyini və Melonini də yaxşı gördüyünü bildirib. Eyni vaxtda Şarm əl-Şeyxə gəldiklərini də qeyd edib.

Daha sonra Prezident Ərdoğan tərcüməçi vasitəsilə zarafatla “Onu siqareti buraxmağa məcbur etməliyəm” deyərək Meloniyə siqareti tərgitməyi tövsiyə edib. Ərdoğanın “Siqareti buraxmalısan” sözlərinə Meloni gülərək “Bilirəm, bilirəm” cavabını verib.

Görüş zamanı otaqda olan Böyük Britaniyanın Baş naziri Kier Starmer və Fransa Prezidenti Emmanuel Makron da iki lider arasındakı səmimi dialoqa gülüşlə reaksiya veriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ