Ona “Rəis” deyən vətəndaşa verdiyi cavab gülüşə səbəb oldu


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif tədbirlərdə iştirak etmək üçün doğulduğu Rizənin Güneysu rayonuna səfər edib.

Turkustan.az xəbər verir ki, səfər zamanı o, avtobusun içərisindən Mərkəzi Məscid meydanına toplaşan vətəndaşlara xitab edib.

Çıxışı zamanı izdihamdan bir vətəndaşın dəfələrlə “Rəsi!” deyə, səslənməsi diqqət çəkib. Prezident Ərdoğan bu çağırışa gülümsəyərək “Sadəcə gözləyin...” cavabını verib. Onun bu səmimi reaksiyası meydanda toplaşanlar tərəfindən gülüş və alqışlarla qarşılanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ