Almaniyanın Herdekke şəhərinin yeni meri İris Stalzer bıçaqlanıb. O, ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.
Turkustan.az xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Herdecke şəhərinin yeni meri İris Stalzer bıçaqlı hücum nəticəsində ağır yaralanıb.
Sentyabrın 28-də vəzifəyə seçilən Stalzerin evində ağır yaralı halda tapıldığı bildirilib.
Bildirilib ki, hadisə zamanı evdə olan Stalzerin 15 yaşlı oğlu və 17 yaşlı qızı polisə və sağlamlıq qruplarına xəbər verib.
Stalzerin oğlu əvvəlcə anasının küçədə bir çox insanın hücumuna məruz qaldığını iddia etdi. Lakin hadisənin təfərrüatları hələ də qeyri-müəyyən olaraq qalır. Stalzerin xəstəxanada reanimasiyada olduğu bildirilir.
Aytən Yaşar/ Turkustan.az