Suriya Rəyasət Heyətindən verilən açıqlamaya görə, Suriya lideri Əhməd əl-Şaraa paytaxt Dəməşqdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak və ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper ilə görüşüb.
Turkustan.az xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani, müdafiə naziri Əbu Kəsra və kəşfiyyat rəhbəri Hüseyn əs-Salamenin də iştirak etdiyi danışıqlarda Suriyadakı son hadisələr, siyasi proseslərə dəstək, təhlükəsizlik və sabitliyin gücləndirilməsi səyləri müzakirə edilib.
Görüşdə Suriya ilə terror təşkilatı SDQ arasında imzalanan 10 Mart Müqavilənin icra mexanizmləri də müzakirə edilib.
Aytən Yaşar/ Turkustan.az