Ərdoğan Putini təbrik etdi, Qəzza və Ukrayna ilə bağlı mesajlar verdi


Prezident Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Turkustan.az xəbər verir ki, görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Görüş zamanı Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın çatdırılması üçün çalışdığını bildirib.

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin ədalətli və qalıcı sülhlə sona çatması üçün diplomatik təşəbbüslərin sürət qazanması lazım olduğunu və Türkiyənin sülh üçün çalışmağa davam edəcəyini bildirib.

Görüş zamanı Ərdoğan Putini ad günü münasibətilə də təbrik edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ