"Siz 3 nəfər, debatlara gələcəksiz, ya yox?" - Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidentlərini yenidən debata çağırıb.

Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında bildirib.

"Siz 3 nəfər, cavab verin, debatlara gələcəksiz, ya yox?", - deyə Ermənistanın baş naziri Facebokda sual edib.

Qeyd edək ki, o, bundan öncə də sabiq prezidentləri bir neçə dəfə debata çağırıb. Sonunclar isə bildirib ki, onunla müzakirə edəcəkləri heç bir mövzu yoxdur. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ